Bakıda NATO-nun təlim kursu başlayıb - FOTO

img

10-10-2022 [17:55]


Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə "Vertolyotların əməliyyatlarda istifadəsi" mövzusunda təlim kursu keçirilir.

MİA.AZ xəbər verir ki, əvvəlcə kurs iştirakçılarına brifinq təqdim olunub, mobil təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı məlumatlar verilib.

Bildirilib ki, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində keçirilən kurs müddətində HHQ aidiyyatı bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim olunacaq. Həmçinin aviasiya təminatı ilə bağlı fəaliyyətlər həyata keçiriləcəkdir.

Təlim kursu oktyabrın 13-dək davam edəcək.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA