“Bizə sağ qalmağımıza kömək edin" - Rəsmi Kiyev dünya dövlətlərinə səsləndi

img

10-10-2022 [16:27]


Oktyabrın 10-da səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna beynəlxalq ictimaiyyətə müraciət edib.

Məlumata görə, ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib ki, Kiyevə təcili kömək lazımdır.

“Öldürülməyimizi izləməyin. Bu, şou deyil. Bu bizim həyatımızdır”, - o tviterdə yazıb.

A.Qeraşşenko dünya dövlətlərindən döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri istəyib: “Gecikmələr insan ölümünə səbəb olur. Bizə sağ qalmağımıza kömək edin. Qalib gəlməyimizə kömək edin”/Report.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin yeganə taktikası dinc şəhərlərdə terror törətməkdən ibarətdir: "Amma o, Ukraynanı parçalaya bilməyəcək".

D.Kulebanın fikrincə, bu, həm də tərəfləri sülhə çağıranlara mesajdır: "Putin raketlərlə danışan terrorçudur".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA