Füzulidə traktor minaya düşüb - DİN və Prokurorluq açıqlama yaydı (Yenilənib)

img

08-10-2022 [21:29]


Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktor partlamamış silah-sursata dəyərək partlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində traktora maddi ziyan dəyib, lakin hər hansı bir şəxs xəsarət almayıb.

Bundan əvvəl Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

***

İşğaldan azad edilmiş Fizuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadla bildirir ki, nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb. 

Faktla bağlı araşdırma aparılır.

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA