"Məni PA-ya çağırdılar, dedilər ki, istəyirsən al, inkişaf elətdir" - Şahidlər Rasm Məmmədovun məhkəməsində ifadə verir
08-10-2022 [10:44]
“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə araşdırması davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda iş üzrə şahid qismində tanınmış şəxslər dindirilib.
“Baku Steel Company”nin əməkdaşı İlham Əliyev ifadəsində bəzi hallarda alınan metallara görə satıcılara borclu qaldıqlarını deyib: “Satıcılara borclu qaldığımız vaxtlar da olub. Amma sonradan gəlib pullarını götürürdülər. Ola bilsin, metal satıcılarına borclu qaldığımız məbləği şirkətin kassasından artıq çıxarılma kimi qeyd ediblər”.
Prokuror Orxan Səmədovun “Metalın daha ucuz qiymətə alınması, lakin sənədlərdə daha baha rəsmiləşdirilməsi, yəni satıcılara sənədlərdə göstərilənlərdən daha az məbləğ ödənilməsi halları olubmu?” sualına şahid “Yox, olmayıb”, – deyə cavab verib.
Şahidin istintaq zamanı başqa cür ifadə verdiyi məlum olub.
O, əvvəlki ifadəsində metalın real alış qiymətilə sənədlərdə göstərilənlər arasında fərq olduğunu deyib: “Adamlarla razılaşdırılıb, metala görə onlara istədikləri məbləğ ödənilirdi. Lakin verilmiş vəsaitin məbləği sənədlərdə daha yuxarı göstərilirdi. Buna görə qiymət şişirtməsi nəticəsində kassadan 3 milyon 478 min manat çox pul çıxarılıb. Amma o pulun kimə çatdığını bilmirəm”.
Şahid istintaq zamanı dediklərini təsdiq etməyərək, o cür ifadə vermədiyini bildirib.
İttiham olunan Rasim Məmmədov şahidin ifadəsinə münasibət bildirərkən ona təşəkkür edib: “Bu cavan oğlanı ilk dəfədir görürəm, ona heç bir yaxşılığım dəyməyib. Nə necə olubsa, elə danışdı. Sağ olsun. Amma yaxşılıq elədiklərimin çoxu gəlib burada üzümə durdu. Burada üzümə duranların əksəriyyətinə mən atalıq eləmişəm. Yusifi üç dəfə türmədən xilas eləmişəm, gəlib üzümə duracaq”.
Daha sonra “Azərboru”nun baş direktorunun müşaviri Azad Əmirov ifadə verib.
O bildirib ki, zavodda istehsalatla rekonstruksiya arasında koordinator olub. Azad Əmirovun istintaqdakı ifadəsində deyib ki, “Azərboru”dan ümumilikdə “Baku Steel Company”ə 120 min ton dəmir gedib.
O, məhkəmədə əvvəlki ifadəsini təkzib edib: “Mən nə qədər metal getməsini bilə bilməzdim axı. İstintaq zamanı da 120 min ton metal getdiyini deməmişəm. “Azərboru”nu söküb pis günə qoymuşdular. Bir gün mən adamlarla birlikdə getdim ora. Bir “KamAZ” da aparıb saxladım qarşıda, dedim, qoymayacam sökməyə. Sonra məni Prezident Administrasiyasına çağırdılar. Orada vəziyyəti danışdım, dedilər ki, istəyirsən, al, inkişaf elətdir. Mən də mərkəzi Bankdan 20 milyon kredit götürüb “Azərboru”nu aldım”.
Rasim Məmmədov da şahidin istintaq zamanı dediklərinin yalan olduğunu deyib.
Prosesin sonunda hakim Leyla Əsgərova-Məmmədova bildirib ki, iş üzrə bəzi şahidlər teleqram göndərərək, iclasda iştirak edə bilməyəcəklərini deyiblər.
Rasim Məmmədov və vəkili Pərviz Məmmədov buna etiraz ediblər.
Pərviz Məmmədov həmin şəxslərin vacib şahidlər olduğunu, buna görə məhkəmədə iştirak etməli olduqlarını deyiblər.
Proses oktyabrın 10-da davam etdiriləcək/APA.
Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"