Ukraynada İranın kamikadze dronları zərərsizləşdirilib

img

08-10-2022 [10:33]


Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda Odessa və Nikolayev vilayətlərinə hücum edən Rusiyaya məxsus İran istehsalı kamikadze dronlarını zərərsizləşdirib.

UNIAN xəbər verir ki, bu barədə “Cənub” hava komandanlığının ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.

“Düşmən Ukraynanın cənubunu İran istehsalı olan pilotsuz təyyarələrlə terrorizə etməyə davam edir. Belə ki, oktyabrın 7-də saat 20:00-dan 21:30-a kimi Rusiya işğalçı qoşunları 3 ədəd “Shahed-136” kamikadzesi ilə Odessa və Nikolayev vilayətlərinə hücum edib. Hər üç qanadlı kamikadze “Cənub” zenitdən müdafiə hava komandanlığının qüvvə və vasitələri tərəfindən vurulub”, - məlumatda qeyd olunub/Report.

Xatırladaq ki, “The Washington Post” nəşri artıq avqust ayında Rusiyanın İrandan dronların ilk partiyasını aldığını yazmışdı. Sentyabrda Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat rusiyalıların Ukraynaya qarşı müharibədə artıq İran pilotsuz uçuş aparatlarından istifadə etdiyini təsdiqləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR