Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki həbs olunub - O, nədə ittiham edilir?

img

06-10-2022 [14:40]


Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Elnur Məmmədov həbs edilib.

Mia.az xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda E.Məmmədovun 6 ay müddətində azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə polkovnik E.Məmmədov Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid edib, bir sıra iddialar irəli sürməklə gündəmə gəlmişdi. Müdafiə Nazirliyi isə açıqlama yayaraq, E.Məmmədovun nazirliklə bağlı iddialarını yalanlamışdı. Daha sonra onunla bağlı məhkəməyə müraciət edilib.

O, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ( Böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ittiham olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR