Müharibədən qaçan 13 yaşlı qız zorlandı

img

23-04-2014 [14:01]


Türkiyənin Antalya şəhərində Suriyadakı müharibədən qaçan 13 yaşlı qız zorlanıb. Suriyadan qaçaraq Kaş məhəlləsinə gələn 13 yaşlı S.J. orada tərəvəz satılan dükanda işləyib. İşdən sonra evə gəlməyən qızın valideyinləri narahat olub. Onlar qızın yoxa çıxması barədə polisə məlumat veriblər.

Polis dərhal qızın axtarışına başlayıb. Axtarış zamanı azyaşlı qızı yolun kənarında, otun üstündə huşsuz vəziyyətdə tapıblar. Müayinə zamanı S.J.-nin zorlandığı məlum olub.

Qız polisə heç bir ifadə verməyib. Lakin aparılan araşdırmalar zamanı S.J.-nin ən son 20 yaşlı H.K. adlı şəxslə birlikdə göründüyü bildirilib. Polisin axtarışları zamanı həmin şəxs həbs edilib. İlkin ifadəsində onun qızı zorlaması təsdiqlənib.

Məhkəmə onun həbs edilməsi barədə qərar çıxarıb(Ans)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA