Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları birgə təlimdə - VİDEO

img

06-10-2022 [10:10]


2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri birgə təlim keçir.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.

Təlim iştirakçıları plana əsasən gecə və gündüz şəraitində fərdi və qrup şəklində taktiki atışlar, qarışıq qruplar şəklində birgə marş, pusqu və basqın, eləcə də dənizdə xüsusi qapalı sualtı tənəffüs aparatlarından istifadə etməklə uzun məsafələrə sualtı üzmə tapşırıqları yerinə yetirəcəklər.

Təlim oktyabrın 14-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA