Spiker Çakartada: "Ermənistanın hərbi təxribatları normallaşma prosesinə əngəl törədir"

img

05-10-2022 [21:08]


"Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə maneələr yaradır".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 5-də İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən "Böyük iyirmilik" (G20) ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində çıxışı zamanı deyib.

S.Qafarova vurğulayıb ki, post-münaqişə dövründə Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir: "Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişinin imzalanmasını təklif edib. Bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq".

Milli Məclisin sədri xatırladıb ki, Ermənistanın sonuncu dəfə - bu il sentyabrın 13-də törətdiyi hərbi təxribatlar da normallaşma prosesinə əngəl törədir: "Bu cür davranışlar pislənilməlidir. İndi ən vacib məsələ münasibətlərin normallaşması prosesini pozacaq hərəkətlərdən çəkinməkdir. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur".


Digər xəbərlər
SON XƏBƏRLƏR