Deputatdan həbs olunan keçmiş icra başçısı haqqında açıqlama: "Hamımızda narahatçılıq yaradıb"

img

05-10-2022 [14:38]


"Vətənpərvər soydaşımız Elxan Nuriyevin Polşada saxlanması haqlı olaraq hamımızda narahatçılıq yaradıb". 

Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

O bildirib ki, sabiq icra başçısı axtarışa Azərbaycan tərəfindən verilib: "1993-cü ildə baş verən hadisələrlə bağlı ittiham olunduğu maddələr var. Bu barədə vaxtilə hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə müzakirə də aparmışam. Əminəm ki, onun təqsirsizliyi haçansa məhkəmədə sübuta yetiriləcək. Elxan bəy Ukraynada Azərbaycanı təbliğ edən tanınmış simalardan biridir. Ümid edirəm ki, hüquq-mühafizə orqanlarımız xeyirxahlıq addımı ataraq bu problemin çözülməsinə çalışacaq və Elxan bəy Ukrayna üçün bu ağır günlərdə öz fədakar çalışmalarına davam edəcəkdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR