"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

img

04-10-2022 [15:28]


Yunanıstanda "Olimpiakos" və "Qarabağ" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin III tur oyunu bir dəqiqəlik sükutla başlayacaq.

Mia.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Avropa futbol qurumunun qərarına əsasən, qarşılaşmada "Arema" və "Persebaya" komandaları arasında İndoneziya çempionatının XI tur matçından sonra dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Bu, həmçinin Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və qadınlar arasında dünya çempionatının pley-off oyunlarına da şamil ediləcək.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq


Digər xəbərlər
SON XƏBƏRLƏR