Azərbaycan cüdosunun inkişafında xidmətləri olan şəxslər və idman mütəxəssisləri mükafatlandırılıb - SİYAHI

img

03-10-2022 [14:10]


Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Həsənov Tərlan Əliheydər oğlu və Rəcəbli Əhməddin İzət oğlu “Şöhrət” ordeni, Kələntərov Ceyhun Musa oğlu isə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

Eyni zamanda Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Bunlar Məmmədli Elnur Çingiz oğlu və Qarayeva Sevda Qiyas qızıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA