AXCP Balakən təşkilatının sədri yol qəzasında öldü

img

23-04-2014 [12:00]


Bu gün səhər saat 06:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 122-ci kilometrliyində ağır yolq qəzası baş verib.

1985-ci il təvəllüdlü Balakən rayon sakini Ramin Musa oğlu Həsənov idarə etdiyi "Mercedes” markalı, 90 CK 276 dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 1959-cu il təvəllüdlü Balakən rayon sakini Mehdilli Məhərrəm Nəriman oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü Ramin Həsənov, digər sərnişinlər - Balakən rayon sakinləri, 1960-cı il təvəllüdlü Fikrət Amil oğlu Alqayev və 1962-ci il təvəllüdlü Fizuli Qaşım oğlu Xəlilov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.

Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olanlardan Ramin Həsənov və Fizuli Xəlilovun vəziyyəti ağır, Fikrət Alqayevin vəziyyəti isə isə orta-ağır hesab edilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

Yol qəzasında dünyasını dəyişən və yaralanan şəxslərin AXCP-nin üzvləri olduğu məlum olub.

APA-nın məlumatına görə, qəza zamanı dünyasını dəyişən Mehdili Məhərrəm Nəriman oğluAXCP-nin Balakən rayon təşkilatının sədri, xəsarət alan Fikrət Alqayev isə partiyanın məclis üzvüdür. Onlar Bakıdan toydan qayıdırmışlar.

Onu da qeyd edək ki, qəzada yaralanan F. Alqayev 2005-ci ildə "Azadlıq” blokunun Balakən rayonundan deputatlığa namizədi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA