Prezident və xanımı Şuşada - FOTOLAR (Yenilənib)
28-09-2022 [16:12]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.
Mia.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir.
Heydər Əliyev Fondu Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlayıb. İndiyədək evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılıb, tavanlar bərpa olunub və rənglənib, qapı və pəncərələr qoyulub. Dağılmış divar bərpa edilib, zədəli divarda bərkitmə işləri aparılıb. Eyvanların və erkerlərin taxta konstruksiyalarının çürümüş hissələri bərpa olunub. Evin çöl pilləkəni yenidən qurulub, döşəmə daşlarının dağılmış hissələri bərpa edilib.
Eskiz layihələri əsasında divar və tavanlarda rəsmlərin bərpası işləri görülür. Bu işlər ailə məscidinin uçmuş günbəzlərini, damını, mehrabı və “Güldəstə”sini də əhatə edir.
Bərpa işləri ilə tanışlıq zamanı Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilib. Qeyd olundu ki, bulağın damı əvvəlki vəziyyətinə gətirilib.
Məlumat verildi ki, təmir-bərpa işlərindən sonra burada muzey ekspozisiyasının qurulması nəzərdə tutulur. Muzeyin ekspozisiyası özündə bir şuşalının evini təcəssüm etdirəcək. Burada ev sahibinin məşğuliyyətini, marağını nümayiş etdirən əşyalarla təchiz olunmuş kabinetin, qonaqların qəbulu üçün nəzərdə tutulan, evin ən təmtəraqlı otağı sayılan və bir çox hallarda taxta dekorativ panellər və parça divar kağızları ilə bəzədilən qonaq otağı, yemək və yataq otaqlarının yaradılması nəzərdə tutulur.
Qeyd olundu ki, təmir-bərpa işlərinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə tanış olublar.
Mia.az xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirildi ki, bina 1970-ci illərdə inşa edilib. Burada bərpa və yenidənqurma işlərinə 2021-ci ilin iyununda başlanılıb. Binada ümumilikdə 41 iş otağı var. Burada əməkdaşların yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb. Binada, həmçinin akt və iclas zalları da mövcuddur.
Qeyd edək ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binası bərpa və yenidənqurmadan sonra sözün həqiqi mənasında göz oxşayır. Binanı seyr edərkən Prezident İlham Əliyevin 2021-ci martın 16-da Şuşaya səfəri zamanı söylədiyi “Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq” sözlərinin artıq reallığa çevrildiyini görmək olar.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa edilən yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.
Mia.az xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirildi ki, tikintinin ümumi sahəsi 8 hektara yaxındır. Yaşayış kompleksi 23 binadan ibarət olacaq. Səkkiz binanın tikintisinə bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb.
Məlumat verildi ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq. Burada birotaqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sayı isə 7-dir. Binalar 3 və 5 mərtəbəli olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Qeyd edək ki, Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” sözləri Şuşa şəhərində yeni yaşayış kompleksinin inşası ilə bir daha təsdiqini tapır. Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün lap yaxında olduğunu göstərir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə tanış olublar.
Mia.az xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, ümumi ərazisi 3 hektardan artıq olacaq hotel və konfrans mərkəzinin inşaat işlərinə bu ilin aprelində başlanılıb. Mərkəz ümumilikdə 154 otaqdan ibarət olacaq. Burada 400 nəfərlik konfrans zalı, görüş otaqları, restoranlar, mağazalar, yeraltı və yerüstü avtodayanacaqlar və digər zəruri infrastruktur yaradılacaq.
Qeyd edək ki, Şuşa hotel və konfrans mərkəzinin inşası şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi zəngin mədəni həyatına qovuşması üçün aparılan bərpa-quruculuq işlərində mühüm yer tutur. Qədim dövrdə Böyük İpək Yolunun əsas qovşaqlarından biri olan Şuşa Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdı. Bu şəhərlərdən davamlı gəlib–gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaraylar tikilirdi. Məhz bu baxımdan mərkəz karvansaray konsepti əsas götürülərək müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib. Xarici görünüşündə milli memarlıq elementləri tətbiq olunacaq. Fasadın üzlənməsində isə şəhərin tarixi binalarının tikintisində işlədilən Şuşa daşından istifadə ediləcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa olunan yeni yaşayış kompleksində, Şuşa otel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan oteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olublar.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısına və birinci xanıma Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verilib.
Yaponiya Baş naziri: "Çinlə dialoqa açığıq"
Qazaxda evə qaz sızdı, partlayış oldu - Bir nəfər xəsarət alıb
Xırdalanda 33 yaşlı kişi dəm qazından zəhərlənib
Dövlət qurumlarının adına bənzər 52 saxta domen bloklanıb
Rəisi həbs olunan idarəyə rəhbər təyinatı olub - Komitə sədrindən deputatın kürəkəninə jest (Yenilənib)
Azərbaycanlı Rusiyada polisi öldürüb - Təfərrüat
Prezident daha bir Fərman imzalayıb
ƏKİN SAHƏSİNDƏ TİKİNTİ TƏLƏBİ TƏSDİQLƏNDİ - Prezident tərəfindən
"TRAMPLA OYUN OYNAMA!" - Departamentin rəsmi hesabında rus dilində belə mesaj yayıldı
FHN-in əxlaqsızlıq edən işçisi həbs olunub - Təfərrüat
Leyla Əliyeva Omanın Vəliəhdi ilə görüşüb - FOTO
İran prezidenti: "Səhvlərimiz çoxdur, ətrafımızdakı təhdidləri düzgün qiymətləndirməliyik" - "Ölkəni bu nöqtəyə biz gətirdik"
Xarici ölkələrdə verilmiş elmi dərəcələrin 35-i Azərbaycanda tanınıb
Mətin Məmmədliyə vəzifə verilib - Mərkəzdə dəyişiklik
Broyler toyuğunu kənd toyuğu adıyla belə rəngləyirmişlər - AQTA nəticəni açıqladı + FOTOLAR
Vilayət Eyvazov 276 vətəndaşın müraciətini dinlədi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyən 223 nəfəri növbəti mərhələyə buraxdı (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
"O cavan oğlan cinayətkara imkan vermədi təyarəyə girsin" - AZAL hüquq müdafiəçisinin qızının paylaşdığı insidentlə bağlı açıqlama yaydı
Ginekoloq Sevinc Məmmədova cinayət işi məhkəməyə göndərilib
“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı - 21 manatdan 140 manatadək
Ağ Ev: "Bu məsələdə ABŞ-la heç kim savaşmayacaq"
7 uşağı olan kasıb kişiyə 8 ay həbs cəzası verilib - Alimentə görə
Çin lideri Cənubi Koreya prezidentinə telefon bağışladı - Selfi diplomatiyası + FOTO
Qəzetlərin qiyməti qalxdı - 40 və 60 qəpik
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya olunub
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır - Açıqlama
Suriyada ara qarışıdı: ordu kürd silahlılarının dron mərkəzini vurub
Mədəniyyət Mərkəzinin əsaslı təmirinə 383 min manat xərclənəcək
Sabiq nazir vergiyə borcunu ödəyib - 2 milyon 223 min manat
Nuranə Teymurova direktor təyin edildi - “PAŞA Sığorta”dan “Azərlotereya”ya keçid oldu
Azərbaycan nefti 2 dollara yaxın bahalaşdı
MADURONUN QALACAĞI HÜCRƏNİN GÖRÜNTÜSÜ YAYILDI: o, yəni bu qədər təhlükəlidirmi? - FOTOLAR
Məktəblərdə 5 gün dərs olmayacaq
"MADURONU SATAN ODUR!" - Sabiq vitse-prezident cəmi 6 dəqiqəlik əməliyyatla haqda şok açıqlama verdi
İsrail ordusu Beyruta zərbə endirib - Bir bina tam dağıdılıb
Yaponiyada güclü zəlzələ olub - 6.2 bal gücündə
"Qaziantep" məşhur futbolçu ilə vidalaşdı
Türk klubu 4 futbolçunu yola saldı
İsrail Qəzzada çadırları bombaladı: ölənlər var
Prezident icra başçıları və Fuad Nəcəflinin vəzifədən azadolunma səbəbindən danışdı: "Əfsuslar olsun ki, etimadımı doğrultmayıb və..."
İordan çayının Qərb sahilində həbslər davam edir - Saxlanılanlar arasında jurnalist də var
Etibar Məmmədovun köməkçisi: "Adnan Əhmədzadə, Ramiz Mehdiyev və digərlərinin simasında..." - "Onlar o qədər şişiblər ki..." (MÜSAHİBƏ)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR