Makron İlham Əliyevə zəng etdi - Azərbaycanla Ermənistan arasında sülh danışıqları müzakirə olunub

img

27-09-2022 [21:15]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makronla Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib.

Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR