Leyla Abdullayevadan İranın iddialarına reaksiya: "30 ildə İran sərhədlərin zordan istifadə edilərək dəyişdirilməsinə hər hansı bir münasibət bildirməyib..." - MÜSAHİBƏ
23-09-2022 [19:05]
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yerli mətbuatın suallarını cavablandırıb. Sözçü İran rəsmilərinin iddialarını şərh edib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Son dövrlərdə İranın yüksək çinli mülki və hərbi şəxsləri tərəfindən “regionda sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir” tezisi üzrə fikirlər səsləndirilir, reallıqdan uzaq iddialar irəli sürülür. Buna münasibətinizi öyrənmək istərdik.
- Məlum olduğu kimi, Azərbaycan Respublikası özü işğala və təcavüzə məruz qalan ölkədir. Ermənistan tərəfi zordan istifadə edərək, Azərbaycan Respublikasının ərazilərinin iyirmi faizini, o cümlədən İran ilə sərhədimizin 132 km-ni işğal etmişdir. 30 il ərzində İran tərəfi sərhədlərin zordan istifadə edilərək dəyişdirilməsinə hər hansı bir münasibət bildirməmişdir. Hazırda İran tərəfindən səsləndirilən bu kimi bəyanatların ünvanı bəlli deyil. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan liderlərinin Moskva və Brüsseldə keçirilən görüş formatları mövcuddur. Bu formatlarda danışıqlar davam edir. Bu formatlarda aparılan danışıqlar çərçivəsində hər iki tərəfin razılığı ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası təsis edilmiş və onun tərkibi razılaşdırılmışdır. Hesab edirik ki, Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən iki dövlətin sərhəd məsələsi kənar müdaxilə olmadan həll edilməlidir.
- Bu gün İranın Sərhəd Mühafizəsi Orqanları tərəfindən sərhədyanı Xudafərin rayonu ərazisində terrorçu qrupun müəyyən edilərək həbs olunmasına dair bəyanat yayılmışdır. Xudafərin rayonunun Azərbaycan ilə həmsərhəd olduğunu nəzərə alaraq, bununla bağlı hər hansı bir şərhiniz varmı?
- Azərbaycan-İran dövlət sərhədi dostluq və əməkdaşlıq sərhədi kimi tanınır. Azərbaycan və İran sərhədçiləri arasında qarşılıqlı faydalı əməkdaşlıq təcrübəsi nümunəvidir. Ara-sıra baş verən sərhəd pozuntusu və qaçaqmalçılıq halları yerlərdəki komandirlər arasında birbaşa təmaslar çərçivəsində tənzimlənir. İran Sərhəd Mühafizəsi Orqanlarının bugünkü bəyanatının Azərbaycan-İran dövlət sərhədinə heç bir aidiyyəti yoxdur.
- İran rəsmilərinin açıqlamalarından məlum olur ki, İran tərəfi Zəngəzur dəhlizini İran-Ermənistan sərhədinin kəsilməsi kimi qəbul edirlər. Bu məsələ İran tərəfi ilə təmaslarda müzakirə edilibmi?
- 44 günlük Vətən müharibəsi zamanı işğal altında olan Azərbaycan-İran sərhədinin azad edilməsi münasibətilə ilə Müzəffər Ali Baş Komandan Azərbaycan və İran xalqlarını təbrik etmişdir. Azərbaycan tərəfi İran ilə sərhədlərini ticarətin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün fürsət kimi dəyərləndirir. Ermənistanın işğalı nəticəsində yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə deyil, həmçinin İran ilə də dəmiryolu əlaqəsi kəsilmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, regionda kommunikasiyaların açılması və bərpası üzrə Komissiya çərçivəsində müzakirələr davam edir. Azərbaycan tərəfi paralel olaraq, İran ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üçün İran ərazisindən keçməklə infrastrukturun yaradılmasına dair müqavilə imzalamışdır. Əldə olunmuş razılığa əsasən, 22 sentyabr 2022-ci ildə Zəngilan rayonu ərazisində hər iki ölkə rəsmilərinin iştirakı ilə avtomobil körpüsünün təməlqoyma mərasimi baş tutmuşdur. Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla yanaşı, reallıqdan uzaqdır. Zəngəzur dəhlizi, əksinə, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir.
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub