Kamran Əliyev bu şəxsləri təqaüdə göndərdi - SİYAHI/FOTO

img

23-09-2022 [14:25]


Baş Prokurorluğun bir sıra işçiləri qulluqda olmanın son yaş həddinə çatmalarına görə vəzifədən azad olunublar.

Mia.az xəbər verir ki, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Osmanov Mövlud Ömər oğlu, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru baş ədliyyə müşaviri Nemətli Firdovsi İlyas oğlu və Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru baş ədliyyə müşaviri Əliyev Əlixan Ataxan oğlunun qulluq keçmələrinə xitam verilib.

Bununla əlaqədar Baş prokuror Kamran Əliyev həmin şəxsləri Baş Prokurorluğun inzibati binasında qəbul edib.

Görüşdə Mövlud Osmanov və Firdovsi Nemətli prokurorluğun fəxri fərmanı, Əlixan Əliyevi isə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib və onlara hədiyyələr təqdim edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR