ƏRDOĞAN BAYDENLƏ GÖRÜŞ SUALINA BELƏ CAVAB VERDİ: "Niyə, nə üçün? O, Baydendirsə, mən də Ərdoğanam"

img

21-09-2022 [21:05]


ABŞ-da səfərdə olan Türkiyə prezidenti Ərdoğan jurnalistlərin F-16-ların alınması və Amerika prezidenti Cozef Baydenlə görüşüb-görüşməyəcəyi barədə suallara maraqlı cavablar verib.

Mia.az xəbər verir ki, Ərdoğan konqresmenlərlə görüşlərinə toxunaraq deyib ki, F-16-ların satışı barədə müsbət mesajlar alıb.

Jurnalistin "Baydenlə görüş planı varmı? Onunla ayrıca görüşəcəksiniz?", - sualına isə Ərdoğan əvvəlcə "Yox, niyə, nə üçün?" cavabını verib və daha sonra fikirini gülümsəyərək belə tamamlayıb: "Baydenin verəcəyi rəsmi nahar ziyafətinə qatılacam. Amma ayrıca görüşə gəlincə, o, Baydendir, mən də Ərdoğan".   


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA