Gənc qadının hicaba görə öldürülməsi... - İranda etirazlar güclənir
21-09-2022 [18:03]
İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin azı 24 ostan və 36 şəhərində nümayişlər keçirilir.
“Report” xəbər verir ki, aksiyalarda qadınlar xüsusi fəallıq göstərirlər.
Onlar İslam Respublikasının siyasətinə və məcburi hicabın tətbiqinə etiraz əlaməti olaraq hicablarını çıxarırlar.
İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn M.Əmini “pis taxılmış hicaba” görə saxlanılıb, sonra isə döyülərək vəhşicəsinə öldürülüb. Bu səbəbdən başda qadınlar olmaqla iranlılar məcburi hicaba etiraz edirlər.
Etirazçı qadınlar Tehranın mərkəzi Keşəvərz prospektində “Azadlıq haqqımız, Jina kod adımızdır” şüarları səsləndiriblər.
Məlumatlara görə, Tehran, Məşhəd, İsfahan, Rəşt, Kərəc və əsasən kürdlərin yaşadıqları şəhərlərdə keçirilən etiraz aksiyalarında çoxlu qadın hicablarını çıxarıb və hökumət əleyhinə şüarlar səsləndiriblər.
Eyni zamanda etiraz aksiyaları Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərə də keçirilir. Sosial şəbəkədə yayılan videolara əsasən, Güney Azərbaycanın bir sıra şəhərlərində - Təbriz, Urmu, Həmədan, Zəncan, Qəzvin, Ərdəbil və s.-də kütləvi etiraz aksiyaları olub. Nümayişçilər “Ədalət, azadlıq, milli hökumət”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “Qadın-kişi əl-ələ, zülmün başını əzməyə” və s. şüarlar səsləndirirlər. Güney Azərbaycan şəhərlərində polislə mütəmadi toqquşmalar baş verir. Güneyli siyasi fəalların bildirdiyinə görə, toqquşmalarda xeyli sayda azərbaycanlı etirazçı saxlanılıb. Onlardan biri də güneyli fəallar arasında populyarlığı ilə seçilən Mehdi Həmidi Şəfiqdir. O, həyat yoldaşı ilə birlikdə Təbrizin Əbureyhan küçəsində hərəkət edərkən İranın hüquq-mühafizə orqanlarının əməkdaşları onun avtomobilinin qarşısını kəsiblər və şüşələrini sındırıblar. M.H.Şəfiqi saxlanılan zaman döyülüb.
M.Əmininin polis qüvvələri tərəfindən öldürülməsi tələbə təşkilatlarının da etirazlarına səbəb olub. Belə ki, 13 tələbə təşkilatı gənc qadının qətlinə etiraz edərək, birgə bəyanatda yayıb: “Məhsa Əminiyə qarşı baş verən cinayət bir daha göstərdi ki, qadınlara qarşı zülm və istismar onların bütün həyatı və varlığını hədəfə alır”.
Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı şahbanu Fərəh Pəhləvi hadisəni pisləyib: “Rejimin qadınları sıxışdırmaq üçün bütün səylərinə baxmayaraq, İran qadınlarının azadlıqsevər və yorulmaz mübarizələri tərif və təqdirəlayiqdir”.
Bəzi qadınlar isə M.Əmininin başına gələnlərə və İslam Respublikasına qarşı sistematik zülmün davam etməsinə etiraz olaraq hicabları çıxardıqdan sonra yaylığı yandırıb, saçlarını kəsdirib, nümayişin videosunu çəkərək açıq-aşkar sosial şəbəkələrə yerləşdiriblər.
Həmçinin dünyanın müxtəlif ölkələrində yüksəkvəzifəli siyasətçilər iranlı qadınların etirazlarını dəstəklədiklərini elan edərək İslam Respublikasından qadınlara qarşı ayrı-seçkiliyə son qoymasını istəyiblər.
ABŞ dövlət katibi Entoni Blinken tviterdədə yazıb: “Biz İran hökumətindən qadınlara qarşı sistematik təzyiqlərə son qoymasına çağırış edirik”.
İtaliya Xarici İşlər Nazirliyi M.Əmininin ölümü ilə bağlı dərin təəssüf hissi keçirdiyini bildirib: “Günahsız insanlara, xüsusən də qadınlara və qızlara qarşı zorakılığa heç vaxt biganə qalmaq olmaz”.
Hadisələr fonunda İranda internetə məhdudiyyət tətbiq edilib. Bunu ölkənin rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur da təsdiqləyib. Eyni zamanda “Anonymous” beynəlxalq haker qrupu İran Mərkəzi Bankın saytını sındıraraq veb-səhifədə aşağıdakı məzmunda məlumat yerləşdiriblər: “Qana bələnmiş bu puldan istifadə edə bilməyəcəksiniz. Yaşasın azad İran!”. Bundan başqa, ölkənin Mədəniyyət və İslami İrşad Nazirliyinin internet saytı da sıradan çıxarılıb.
Xatırladaq ki, ötən gün İranda güney azərbaycanlı fəal Məleykə Qaragözlü 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib