Gənc qadının hicaba görə öldürülməsi... - İranda etirazlar güclənir
DÜNYA
21.09.2022, 18:03
İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin azı 24 ostan və 36 şəhərində nümayişlər keçirilir.
“Report” xəbər verir ki, aksiyalarda qadınlar xüsusi fəallıq göstərirlər.
Onlar İslam Respublikasının siyasətinə və məcburi hicabın tətbiqinə etiraz əlaməti olaraq hicablarını çıxarırlar.
İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn M.Əmini “pis taxılmış hicaba” görə saxlanılıb, sonra isə döyülərək vəhşicəsinə öldürülüb. Bu səbəbdən başda qadınlar olmaqla iranlılar məcburi hicaba etiraz edirlər.
Etirazçı qadınlar Tehranın mərkəzi Keşəvərz prospektində “Azadlıq haqqımız, Jina kod adımızdır” şüarları səsləndiriblər.
Məlumatlara görə, Tehran, Məşhəd, İsfahan, Rəşt, Kərəc və əsasən kürdlərin yaşadıqları şəhərlərdə keçirilən etiraz aksiyalarında çoxlu qadın hicablarını çıxarıb və hökumət əleyhinə şüarlar səsləndiriblər.
Eyni zamanda etiraz aksiyaları Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərə də keçirilir. Sosial şəbəkədə yayılan videolara əsasən, Güney Azərbaycanın bir sıra şəhərlərində - Təbriz, Urmu, Həmədan, Zəncan, Qəzvin, Ərdəbil və s.-də kütləvi etiraz aksiyaları olub. Nümayişçilər “Ədalət, azadlıq, milli hökumət”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “Qadın-kişi əl-ələ, zülmün başını əzməyə” və s. şüarlar səsləndirirlər. Güney Azərbaycan şəhərlərində polislə mütəmadi toqquşmalar baş verir. Güneyli siyasi fəalların bildirdiyinə görə, toqquşmalarda xeyli sayda azərbaycanlı etirazçı saxlanılıb. Onlardan biri də güneyli fəallar arasında populyarlığı ilə seçilən Mehdi Həmidi Şəfiqdir. O, həyat yoldaşı ilə birlikdə Təbrizin Əbureyhan küçəsində hərəkət edərkən İranın hüquq-mühafizə orqanlarının əməkdaşları onun avtomobilinin qarşısını kəsiblər və şüşələrini sındırıblar. M.H.Şəfiqi saxlanılan zaman döyülüb.
M.Əmininin polis qüvvələri tərəfindən öldürülməsi tələbə təşkilatlarının da etirazlarına səbəb olub. Belə ki, 13 tələbə təşkilatı gənc qadının qətlinə etiraz edərək, birgə bəyanatda yayıb: “Məhsa Əminiyə qarşı baş verən cinayət bir daha göstərdi ki, qadınlara qarşı zülm və istismar onların bütün həyatı və varlığını hədəfə alır”.
Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı şahbanu Fərəh Pəhləvi hadisəni pisləyib: “Rejimin qadınları sıxışdırmaq üçün bütün səylərinə baxmayaraq, İran qadınlarının azadlıqsevər və yorulmaz mübarizələri tərif və təqdirəlayiqdir”.
Bəzi qadınlar isə M.Əmininin başına gələnlərə və İslam Respublikasına qarşı sistematik zülmün davam etməsinə etiraz olaraq hicabları çıxardıqdan sonra yaylığı yandırıb, saçlarını kəsdirib, nümayişin videosunu çəkərək açıq-aşkar sosial şəbəkələrə yerləşdiriblər.
Həmçinin dünyanın müxtəlif ölkələrində yüksəkvəzifəli siyasətçilər iranlı qadınların etirazlarını dəstəklədiklərini elan edərək İslam Respublikasından qadınlara qarşı ayrı-seçkiliyə son qoymasını istəyiblər.
ABŞ dövlət katibi Entoni Blinken tviterdədə yazıb: “Biz İran hökumətindən qadınlara qarşı sistematik təzyiqlərə son qoymasına çağırış edirik”.
İtaliya Xarici İşlər Nazirliyi M.Əmininin ölümü ilə bağlı dərin təəssüf hissi keçirdiyini bildirib: “Günahsız insanlara, xüsusən də qadınlara və qızlara qarşı zorakılığa heç vaxt biganə qalmaq olmaz”.
Hadisələr fonunda İranda internetə məhdudiyyət tətbiq edilib. Bunu ölkənin rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur da təsdiqləyib. Eyni zamanda “Anonymous” beynəlxalq haker qrupu İran Mərkəzi Bankın saytını sındıraraq veb-səhifədə aşağıdakı məzmunda məlumat yerləşdiriblər: “Qana bələnmiş bu puldan istifadə edə bilməyəcəksiniz. Yaşasın azad İran!”. Bundan başqa, ölkənin Mədəniyyət və İslami İrşad Nazirliyinin internet saytı da sıradan çıxarılıb.
Xatırladaq ki, ötən gün İranda güney azərbaycanlı fəal Məleykə Qaragözlü 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"ƏRDOĞAN QIRILMAZDIR, ONUNLA ƏLLƏŞMƏYƏ DƏYMƏZ" - Tramp Körfəz ölkələri liderləri ilə görüşdə Türkiyə lideri haqda elə şeylər dedi ki...
Bugün, 00:22 GÜNDƏM
-
ABŞ-İRAN RƏSMİLƏRİ NYU-YORKDA 3 SAATLIQ GİZLİ GÖRÜŞ KEÇİRDİ: "Çox əla müzakirə oldu, onlar niyə razılaşmır, bunu başa düşmürəm"
Bugün, 00:08 GÜNDƏM
-
Polşa böyük müharibəyə hazırlaşır? - XİN başçısı "ərzaq ehtiyatı toplamışıq" deyir
Bugün, 00:05 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
AZƏRBAYCAN və İRAN XİN BAŞÇILARI NYU-YORKDA BİR ARADA: nələr müzakirə edildi?
22.09.2026, 23:32 GÜNDƏM
-
Ərdoğan BMT kürsüsündən dünyaya səsləndi: "Mahmud Abbas burada niyə yoxdur?"
22.09.2026, 23:19 GÜNDƏM
-
Azərbaycanın İrandakı səfirliyi məlumat yaydı - Ölkəyə qayıtmaq istəyənlər üçün...
22.09.2026, 23:17 GÜNDƏM
-
Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
22.09.2026, 23:08 İQTİSADİYYAT
-
Əmrullayev əmr imzaladı - Bakıda universitetlər distant təhsilə keçdi
22.09.2026, 20:40 GÜNDƏM
-
Bakı Dövlət Universitetində dərslər 3 gün onlayn keçiriləcək
22.09.2026, 20:36 GÜNDƏM
-
AZAL bəyanat yaydı: "İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır" (YENİLƏNİB)
22.09.2026, 19:50 GÜNDƏM
-
Türkiyənin ən güclü partiyası: növbəti sorğunun nəticələri açıqlandı
22.09.2026, 18:03 SİYASƏT
-
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
22.09.2026, 17:49 CƏMİYYƏT
-
Netanyahu Məmdanini hədələdi: "Səni ifşa etməyə gəlirəm"
22.09.2026, 17:44 DÜNYA
-
Baş nazir: "Əgər Rusiya bizə hücum edərsə..."
22.09.2026, 17:30 GÜNDƏM
-
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırıldı - SİYAHI
22.09.2026, 17:26 CƏMİYYƏT
-
“Nargin: Saralmış kədər” - Tarixi Nəsr və İctimai Yaddaş
22.09.2026, 17:18 MƏDƏNİYYƏT
-
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
22.09.2026, 17:12 GÜNDƏM
-
Türkiyə ordusunun generalı Bakıya gəlib
22.09.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
22.09.2026, 17:00 İQTİSADİYYAT
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
22.09.2026, 16:52 KRİMİNAL
-
ABŞ Prezidenti: "Qorxaqlar və xainlər..."
22.09.2026, 16:27 DÜNYA
-
Bakı sakini 40 kiloqram narkotiklə tutulub
22.09.2026, 16:14 KRİMİNAL
-
Cavanşir Quliyevdən Alim Qasımovla Üzeyirin duetinə reaksiya: “İnsan müəyyən yaşa çatdıqdan sonra öz zövqünə uyğun musiqi seçir"
22.09.2026, 16:06 MƏDƏNİYYƏT
-
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
22.09.2026, 15:55 CƏMİYYƏT
-
Lənkəran evdın seyf oğurlanıb
22.09.2026, 15:16 KRİMİNAL
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb - Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb
22.09.2026, 15:06 KRİMİNAL
-
İran ordusu: "Danışıqlar müharibənin başqa bir mərhələsidir"
22.09.2026, 14:46 DÜNYA
-
Azərbaycanda bu nazilər pensiya yaşına çatıb - FOTOLAR
22.09.2026, 14:32 GÜNDƏM
-
Ehtiram Quliyevdən “Turan Tovuz”dan gedəcəyi ilə bağlı xəbərlərə - Reaksiya
22.09.2026, 14:19 İDMAN
-
Deputat qınadı, nazirlik "əl-ayağa" düşdü, mətbuat katibi isə "gül" vurdu - FOTOLAR
22.09.2026, 14:10 SİYASƏT
-
Mətləb Salahov: “Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”
22.09.2026, 14:06 SİYASƏT
-
PREZİDENT YÜKSƏK VƏZİFƏLİLƏRİ TOPLADI - Müşavirədəki çıxışlar + FOTOLAR (YENİLƏNİB)
22.09.2026, 13:58 GÜNDƏM
-
DİN bu vəzifələrə işçi axtarır
22.09.2026, 13:21 CƏMİYYƏT