Aərbaycanda yeni radionun açılması... - 7 iddiaçı var

img

20-09-2022 [12:30]


Audiovizual Şuranın verilən müvafiq qərarları ilə ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün elan edilən müsabiqələrə sənəd təqdim edənn bütün ərizəçilər iddiaçı kimi müsabiqəyə buraxılıb.

Qurumdan bildirilib ki, birinci və ikinci müsabiqə üçün 6, üçüncü müsabiqə üçün isə 7 iddiaçı ərizə təqdim edib.

Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin və zəruri halda yerində yayım imkanlarının araşdırılması üçün Şura üzvlərindən və Şura aparatının mütəxəssislərindən ibarət müsabiqə komissiyası yaradılıb.

Qeyd edək ki, hazırda komissiya müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların yayım konsepsiyaları, kadr və yaradıcılıq, habelə maliyyə-iqtisadi potensialı barədə yekun rəylər hazırlayır. Hazırlanan rəylər tezliklə Şura üzvlərinə təqdim ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR