Azərbaycan Hərbi Dəniz Qüvvələri təlimdə - VİDEO

img

19-09-2022 [17:48]


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilir.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, təlimin başlanması ilə əlaqədar keçirilən brifinqdə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq fəaliyyətlər haqqında məruzələri dinləyib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə çevik qərar qəbuletmə və mövcud qüvvələrin səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin bilik və bacarığının artırılmasıdır


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA