Fərid Şəfiyev: "Ermənistan Azərbaycana qarşı iddialardan əl çəkməyib..."
19-09-2022 [10:59]
"Bu günə qədər bizim bütün nailiyyətlərimiz, o cümlədən İkinci Qarabağ müharibəsindəki qələbə yalnız güc hesabına baş verib".
Mia.az Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə istinadən xəbər verir ki, bunu qurumun idarə heyətinin sədri Fərid Şəfiyev deyib.
O bildirib ki, sosial şəbəkələrdə bəzi siyasətçilər və fəallar ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin Azərbaycanla sərhəddə baş verən hadisələrlə bağlı olduğunu iddia edirlər və bu məsələdə Azərbaycan hökumətini günahlandırırlar:
"Təbii ki, onlar Azərbaycana qarşı məlum 907-ci düzəlişin 1992-ci ildə məhz həmin Konqresdə o dövrdə Azərbaycanda hakimiyyətdə olan Elçibəy hökumətinə qarşı qəbul edildiyini unudublar. Həmin il Ermənistanın Azərbaycana qarşı təcavüzü başladı və erməni birləşmələri Xocalıda soyqırımı törətdilər. Həmin fəallar bəlkə ABŞ və Fransa nümayəndələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə, məsələn Şuşaya niyə səfər etmədiklərini də izah edə bilərlər. Bəlkə bu hökumət onların yolunu bağlayıb? Ən son nə zaman ABŞ nümayəndəsi Azərbaycanın ərazi bütövlüyünün Ermənistanın təcavüzündən qorunmalı olduğuna dair fikir səsləndirib. Onlar bunu heç 1992-1993-cü illərdə də deməmişdilər. Halbuki, Birinci Qarabağ müharibəsində Ermənistana kimin hərbi dəstək göstərdiyi və 2016-cı ildə Azərbaycana kimin təzyiq etdiyi bəlli idi".
Mərkəz rəhbərinin sözlərinə görə, bu günə qədər bizim bütün nailiyyətlərimiz, o cümlədən İkinci Qarabağ müharibəsindəki qələbə yalnız güc hesabına baş verib: "İşğalçı Ermənistan torpaqlarımızı öz istəyi ilə tərk etməyib. Bəlkə kiminsə xəbəri yoxdur, lakin təəssüflər olsun ki, bu ölkə Azərbaycana qarşı iddialardan əl çəkməyib, hətta Brüsseldə bu və ya digər formada qondarma "DQ" məsələsini gündəmə gətirməyə çalışıb. Bu işdə Fransa və ABŞ da Minsk qrupunun fəaliyyətinin bərpası məqsədi ilə müəyyən mənada Ermənistana köməklik edirlər. Rusiyanın maraqları isə təbii ki, öz yerindədir.
Biz bu günlərdə yenə də şəhid verdik. Bütün məsələləri yaxın zamanlarda həll etməliyik. Problemlər gələcək nəsilə miras qalmamalıdır. Reallıqdan uzaq olan şərhlərə uymamalıyıq.
Azərbaycan xalqı çox çətin dövr yaşayıb, faciələr görüb. Ölkə daxilində biz hər hansı məsələ ilə bağlı mübahisə edə bilərik, amma xarici təzyiq və təhdidlərə qarşı birləşməliyik".
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb