Elçin Sadıqov ev dustaqlığına buraxıldı - Məhkəmə qərarı (Yenilənib)

img

17-09-2022 [14:10]


Bu gün Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovun şikayətini təmin edib.

Mia.az xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə Elçin Sadıqovun ev dustaqlığına buraxılma tələbi təmin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, istintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanan ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

***

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılacaq.

Mia.az xəbər verir ki, iki gün əvvəl hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə Elçin Sadıqovun vəkilləri çıxış edib və daha sonra özü danışıb.

Onlar həbs qətimkan tədbirin ləğv olunmasını istəyiblər. Məhkəmədə həmçinin Elçin Sadıqov aclıq aksiyasına başladığını elan edib.

Bu gün isə hakim şkayətlə bağlı qərarını elan edəcək

 


Digər xəbərlər
SON XƏBƏRLƏR