Türkdilli dövlətlər gömrükdə keçidin sadələşdirilməsi ilə bağlı saziş imzalayacaq

img

16-09-2022 [12:21]


"Biz gömrükdə keçidin sadələşdirilməsi ilə bağlı saziş imzalamaq üzrəyik".

Bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev deyib.

"Bu sənəd gömrük işlərini asanlaşdıracaq, ona görə də çox vacib sənəddir", - deyə o, qeyd edib.

Bundan başqa, qonağın sözlərinə görə, türkdilli ölkələr arasında Azad Ticarət Rejiminin yaradılmasına hazırlıq gedir: "Hazırda buna çalışırıq. Avropa İttifaqı bu prosesdən uzun illər əvvəl keçib. Əminəm ki, biz də buna gələcəkdə nail olacağıq", - deyə B.Amreyev əlavə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA