"Nant"ın müdafiəçisi: "Qarabağ"a səfərdə qalib gəlmək çox çətindir"

img

16-09-2022 [11:50]


"Bu rəqibə öz meydanında qalib gəlmək çox çətindir. Bununla belə, matçın əvvəllərində yaxşı oynadıq və qol şanslarımız oldu".

Bunu Fransa "Nant"ının futbolçusu Jan-Şarl Kastelletto Bakıda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra klubun rəsmi televiziyasına müsahibəsində deyib.

Kamerunlu müdafiəçi ikinci yarıya yaxşı başlamadıqlarını bildirib: "Ardıcıl qollar bizi çətin vəziyyətə saldı. Bu cür müdafiə olunmamalıyıq. "Qarabağ" çox yaxşı komandadır. Rəqibə afərin düşür. Biz isə öz oyunumuzu inkişaf etdirməliyik"/Report.

Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək. "Nant" isə "Freyburq"la qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR