Avropa Liqası: "Qarabağ" "Nant"ı üç qolla keçdi (Yenilənib)

img

15-09-2022 [22:37]


Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu başa çatıb.

Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.

Oyunda ilk hissə başa çatıb - 0:0.

İkinci hissənin 59-cu dəqiqəsində "Qarabağ" hesabı açıb - 1:0

65-ci dəqiqədə "Qarabağ" ikinci qolu vurub.

Zubirin gözəl qolu ilə komandamız fərqi artırıb - 2:0

72-ci dəqiqədə komandamız daha bir qola imza atıb - 3:0

Oyun bu hesabla başa çatıb.

Bu oyundan sonra "Qarabağ" "Nant"la xal sayını bərabərləşdirərək, qrupda 2-ci pilləni bölüşür.

"Freyburq" isə 6 xalla birinci yerdədir.

Xatırladaq ki, G qrupunun digər matçında "Olimpiakos" "Frayburq"u qəbul edir və almanlar 3-0 qalib gəlib

Xatırladaq ki,  "Nant" ilk turda Yunanıstan "Olimpiakos"u, "Freyburq" isə "Qarabağ"ı məğlub edib - 2:1.

"Qarabağ" isə Almaniyada "Frayburq"a eyni hesabla uduzub.


Digər xəbərlər
SON XƏBƏRLƏR