Fransadakı Azərbaycan icması Fransa hökumətinə müraciət ünvanlayıb - Ermənistanın təxribatı ilə bağlı
15-09-2022 [13:56]
Fransadakı Azərbaycan icması Ermənistanın Azərbaycanla sərhəddə təxribatı ilə bağlı Fransa ictimaiyyətinə və hökumətinə müraciət ünvanlayıb.
Mia.az Report-a istinadla xəbər verir ki, Paris Azərbaycan Evinin yaydığı sənəddə icma Ermənistanın Azərbaycana qarşı təxribatını pisləyir, buna son qoymaq üçün beynəlxalq ictimaiyyəti, habelə Fransa hökumətini müvafiq tədbirlər görməyə çağırır.
“Artıq ilk dəfə deyil ki, Ermənistan sülhün yaranmasına müxalif bəhanələrlə mane olur, bu məqsədlə hərbi təxribatlara əl atır, ikitərəfli razılaşmanın şərtlərini pozaraq silahlılarını Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, Azərbaycan ərazilərini minalamaqda davam edir”, - müraciətdə bildirilir.
Sənəddə qeyd olunub ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirmək məcburiyyətində qalıb: "Hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirməkdə Azərbaycanın məqsədi yenidənqurma işləri çərçivəsində sərhədə yaxın bölgələrdə aparılan tikintidə çalışan işçilərin təhlükəsizliyini qorumaq və Ermənistanın təcavüzünə son qoymaqdır. Ermənistan rəhbərliyi təxribat, qarşıdurma və itkilərə görə tam məsuliyyət daşıyır".
Müraciətdə vurğulanır ki, Ermənistanın həyata keçirdiyi təxribat münasibətlərin normallaşması və sülh prosesinə zərbə vurur: “Ermənistanın təcavüzkar hücumlarına baxmayaraq, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və quruculuq işləri aparır. Bu, bir daha göstərir ki, Ermənistan sülh prosesinə hər cür maneçilik törədir. Biz bütün beynəlxalq təşkilatları və qurumları Ermənistanı qisasçılıq ideyalarından əl çəkməyə və sülhə sövq etmək səylərini gücləndirməklə yanaşı, bu cür hücumların qarşısını almaq üçün ciddi tədbirlər görməyə çağırırıq".
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər