Böyük Quruluş Partiyası Zatulinin təxribatçı hərəkətləri ilə bağlı bəyanat yayıb - MƏTN
15-09-2022 [10:34]
Böyük Quruluş Partiyası "Rusiya Dövlət Dumasının deputatı, ermənipərst Konstantin Zatulinin təxribatçı hərəkətləri ilə bağlı Bəyanat qəbul edib.
Mia.az-a daxil olan bəyanatda deyilir:
"Rusiya Dövlət Dumasının deputatı, ermənipərst Konstantin Zatulin yenə də təxribatçı əməllərindən əl çəkmir. Bu yaxınlarda (01 sentybr 2022-ci il) həmin şəxs “Rusiya Dövlət Dumasının deputatının rəsmi blankında “Arsax Respublikasının (Dağlıq Qarabağ)hakimiyyətinə və xalqına”adlı müraciət ünvanlayıb və müraciətdə “Respublika Günü” ilə bağlı onları təbrik edərək, indiyədək Qarabağda doğulanlarla birlikdə bir çox döyüşlərdə, indi də Ukraynadakı Xüsusi Hərbi Əməliyyatlarda birgə iştiraklarını xatırladır və onların öz müəddaratlarını təyin etməyə tam haqlı olduqlarını vuğulayır.
Məsələ qəbuledilməzliyi burasındadır ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı fikirlər səsləndirən sıradan vətəndaş yox, Rusiya Dövlət Dumasının deputatıdır. Siyasi fiqur (oyuncaq) olan bu adam yəqin ki, Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən xəbərdar olmamış deyil. Hansı ki, həmin sənəddə açıq və birmənalı şəkildə qeyd edilir ki, tərəflər öz ərazilərində təşkilatların və “ŞƏXSLƏRIN DIGƏR TƏRƏFİN DÖVLƏT SUVERENLİYINƏ, MÜSTƏQİLLİYINƏ VƏ ƏRAZI BÜTÖVLÜYÜNƏ QARŞI YÖNƏLMİŞ FƏALİYYƏTİNİN QARŞISINI QƏTİYYƏTLIİ SURƏTDƏ ALIRLAR”. “ÖLKƏLƏR beynəlxalq terrorçuluq, ekstremizm və SEPARATÇILIQ TƏHDIDLƏRINƏ, transmilli mütəşəkkil cinayətkarlığa... QARŞI MÜBARIZƏDƏ VƏ ONLARIN NEYTRALLAŞDIRILMASINDA SƏYLƏRINI BIRLƏŞDIRIRLƏR”.
Göründüyü kimi Zatulin yenə də nə öz rəsmi statusuna, nə də təmsilçisi olduğu ölkənin yeritdiyi rəsmi siyasətinə hörmət qoymur. Onun kimilər öz şəxsiyyətlərini, şərəf və ləyaqətlərini şəxsi, cılız maraqlara hər zaman qurban verməyə hazırdırlar. Dövlətçilik, milli maraqlar, suverenliyə hörmət, beynəlxalq hüquqa dair öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipləri kimi anlayışlar vicdan yoxsulu olan Zatulun kimilərdə olmur.
Böyük Quruluş Partiyası belə hesab edir ki, Zatulinin ermənipərəst, təxribatçı, bölgədə sülhün və sabitliyin əleyhinə yönələn və Rusiya ilə Azərbaycan dövlətlərinin üzərlərinə götürdükləri öhdəliklərə tamamilə zidd olan fəaliyyətinə lazımi səviyyədə reaksiya verilməli və Rusiya Dövlət Dumasının rəhbəliyinə kəskin etirazımız çatdırılmalıdır".
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama