AFFA bu klubları cərimələdi - SİYAHI

img

09-09-2022 [16:55]


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının V turunda baş vermiş hüquq pozuntuları ilə əlaqədar qərarlar çıxarılıb.

“Turan Tovuz”la ev oyununda Şamaxı şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsi səbəbindən eyniadlı klub 800 manat cərimə olunub.

“Səbail” komandası ilə ev matçında azarkeşləri meydana kənar əşyalar atdıqlarıı üçün “Sabah”a 1600 manat cərimə kəsilib.

“Kəpəz” - "Qarabağ" qarşılaşmasında Qəbələ şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsinə görə nominal meydan sahibləri 800 manat ziyana düşüb.

“Kəpəz” daha 1 600 manat cəriməni futbolçusu Tural Rzayevin ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması səbəbindən ödəyəcək. Rzayevin özü 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.

“Qarabağ” isə azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etmələri səbəbindən eyni məbləğdə cərimələnib.


Digər xəbərlər
SON XƏBƏRLƏR