Rusiyanın itkiləri ilə bağlı son məlumat açıqlandı

img

09-09-2022 [10:47]


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 51900 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 2122 tankı, 4575 zirehli döyüş maşını, 1237 artilleriya sistemi, 306 reaktiv yaylım atəş sistemi, 159 hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 211 helikopteri, 3399 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 888 dronu, 205 qanadlı raket və 114 xüsusi texnikası məhv edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR