Avropa Liqası: "Fənərbağça" "Dinamo"dan qisasını aldı, "Başakşehir" isə səfərdə rəqibi darmadağın etdi - VİDEO

img

08-09-2022 [23:00]


UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.

Mia.az xəbər verir ki, bu günə nəzərdə tutulan 16 oyundan 8-i artıq başa çatıb.

Türkiyə təmsilçilərindən "Fənərbağça" B qrupunda Ukraynanın "Dinamo" (Kiyev) klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, bu komandalar Çempionlar Liqasında qarşılaşıblar və Kiiyev komandası qalib gələrək İstanbul klubunu yarışdan kənarlaşdırıb.

Türkiyənin digər klubu "Başakşehir" isə səfərdə "Hearts"ı 4-0 məğlub edib.

A qrupu

20:45. "Sürix" (İsveçrə) - "Arsenal" (İngiltərə) - 1:2

20:45. PSV (Niderland) - "Budö Qlimt" (Norveç) - 1:1

B qrupu

20:45. AEK (Larnaka, Kipr) - "Renn" (Fransa) - 1:2

20:45. "Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:1

C qrupu

20:45. "Lüdoqorets" (Bolqarıstan) - "Roma" (İtaliya) - 2:1

20:45. HİK (Finlandiya) - "Betis" (İspaniya) - 0:2

D qrupu

20:45. "Malmö" (İsveç) - "Braqa" (Portuqaliya) - 0:2

20:45. "Yunion" (Berlin, Almaniya) - "Yunion" (Belçika) - 0:1


Digər xəbərlər
SON XƏBƏRLƏR