Rusiyanın itkiləri ilə bağlı son məlumat açıqlandı

img

08-09-2022 [10:03]


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 51250 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 2112 tankı, 4557 zirehli döyüş maşını, 1226 artilleriya sistemi, 305 reaktiv yaylım atəş sistemi, 159 hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 210 helikopteri, 3344 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 884 dronu, 205 qanadlı raket və 110 xüsusi texnikası məhv edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR