Sabah Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

img

07-09-2022 [11:22]


Sabah Bakının Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mia.az “Azəriqaz”a istinadla bildirir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS” Magistral Qaz Kəmərinin dayaqlar üzərinə qaldırılması, “30-cu Sahə” QPS-də əlaqələndiricinin və əymənin quraşdırılması ilə bağlı sabah saat 08:00-dan etibarən işlər başa çatanadək “30-cu sahə”, “Xətai”, “Keşlə” və “Əhmədli” QPS-lərdən, magistral qaz kəmərindən qidalanan “Bakı-ES-MMC”, "Azərneftyağ" (5/6sex)”, “SOCAR YDM-13”, “SOCAR YDM-21” və “Körpü Tunel MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Xətai rayonunun böyük hissəsinin, Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR