Dünya çempionatı: Azərbaycan komandasının heyəti açıqlandı - SİYAHI

img

06-09-2022 [14:05]


Sentyabrın 8-də Polşanın Krakov şəhərində start götürəcək usta cüdoçular arasında dünya çempionatı üçün Azərbaycan komandasının heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından Mia.az-a verilən məlumata görə, 4 gün davam edəcək yarışa 7 yaş kateqoriyası üzrə 35 idmançı yollanacaq.

Veteranlardan ibarət komandaya baş məşqçi Fərhad Rəcəbli və məşqçi Əsəd Əsgərov rəhbərlik edəcək.

Çempionata 59 ölkədən 901 idmançı qatılacaq.

M1 yaş kateqoriyası

Nadir Babayev (73 kq)

Murad Rəcəbli (90 kq)

Tural Səfquliyev, İmran İmanov (hər ikisi 100 kq)

Qurban Məmmədli (+100 kq)

M2 yaş kateqoriyası

Məmməd Məmmədov (73 kq)

Samir İsmayılov, Anar Yusifli (hər ikisi 81 kq)

Ramil Muradov, Mətləb Məmmədov, İlham Heydərov (hamısı 90 kq)

İntiqam Ələkbərov, Vasif İbrahimov (hər ikisi 100 kq)

M3 yaş kateqoriyası

Vüqar Budaqov, Rəşad Quliyev (hər ikisi 73 kq)

Azər Fətullayev, Zülfüqar Hüseynov (hər ikisi 81 kq)

Vüsal Cəfərov, Rövşən Bağırov (hər ikisi 90 kq)

Aqşin Atakişiyev (100 kq)

Ayaz Ümüdəliyev (+100 kq)

M4 yaş kateqoriyası

Babək Hacıyev (60 kq)

Rauf Fərzəliyev, Azad Abbasov (hər ikisi 73 kq)

Mahir Ağamirzəyev (90 kq)

Emil Hüseynov (100 kq)

Çingiz Orucov (+100 kq)

M5 yaş kateqoriyası

Müşfiq Cəfərov (73 kq)

Mübariz Cəfərov (90 kq)

Qabil Qasımov, Rövşən Muxtarov (+100 kq)

M6 yaş kateqoriyası

Azər Əsgərov (+100 kq)

M7 yaş kateqoriyası

Fərhad Rəcəbli (90 kq)

Arif Qasımov (100 kq)

Mübariz Pənahov (+100 kq)

Qeyd edək ki, ACF-nin “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR