Daha bir yeni partiya dövlət qeydiyyatına alınıb

img

06-09-2022 [13:04]


Azad Vətən Partiyası dövlət qeydiyyatına alınıb.

Mia.az Ədliyyə Nazirliyinə istinadla xəbər verir ki, Təşkilat keçirilmiş qurultayında Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul etmiş və partiya olaraq ərazilərimizin azad olunması ilə qazanılmış nailiyyətlərin inkişafını, ölkəmizin dünyada qüdrətli və güclü dövlət kimi möhkəmlənməsini və s. fəaliyyətinin əsas məqsədi kimi müəyyənləşdirib.

Təşkilatın nizamnamə və proqram məqsədlərinin ölkəmiz üçün aktual və əhəmiyyətli olan məsələləri əhatə etməsi və sənədlərin qanunvericiliyə uyğun olması nəzərə alınaraq onun partiya kimi qeydə alınmasına dair Ədliyyə Nazirliyinin Kollegiya iclasında qərar qəbul edilib.

Sentyabrın 6-da sözügedən partiyanın sədri Akif Nağıya nazirlikdə dövlət qeydiyyatı haqqında şəhadətnamə təqdim olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR