Polis Bakıda əməliyyat keçirdi: 3 nəfər həbs olundu

img

21-04-2014 [13:21]


Bakının Səbail rayonu ərazisində narkotik vasitələrlə gəzən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini Azər Paşayev, Beyləqan rayon sakini Mehdi Mehdiyev və Biləsuvar rayon sakini Nail Alışov şübhəli şəxs qismində Polis İdarəsinə gətirilib.

Onların üzərinə baxış keçirilərkən A.Paşayevdən 6 qramdan artıq, M.Mehdiyevə məxsus "Mercedes” markalı avtomobildən 5 qramdan artıq marixuana götürülüb. Müəyyən olunub ki, həmin narkotik vasitəni onlara N.Alışov satıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA