Britaniyanın yeni səfiri Azərbaycan dilini öyrənir: "Sizcə, növbəti hara getməliyəm?”

img

05-09-2022 [10:38]


Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Ferqus Ould videomüraciət yayıb.

Mia.az xəbər verir ki, həmin paylaşımı təqdim edir:

“Mənim adım Ferqus Oulddur. Böyük Britaniyanın Azərbaycana yeni səfiri təyin olunduğum üçün çox şadam. Ölkələrimiz arasında münasibətlər artıq yüksək səviyyədədir, amma inanıram ki, biz birlikdə daha da çox şey edə bilərik. Özüm haqqında sizə qismən məlumat verim. Mən şotland və britaniyalıyam. Öz soy kökümlə fəxr edirəm. Eyni zamanda, başqa ölkələrin tarixi, adət-ənənələrini, həmçinin onların müasir mədəniyyətlərini öyrənməyi sevirəm. Üç yeniyetmə övladım var. Onlar məni yeni musiqi, texnologiya və ideyalarla tanış edirlər.

Valideynlərimin hər ikisi universitet professoru idi. Atam ivrit dili və ilahiyyət, anam isə incəsənət tarixi üzrə ixtisaslaşıb. Atalar sözlərinə görə, ot kökü üstündə bitər. Mən diplomat olmamışdan əvvəl müəllim işləmişəm. Təhsil mənim DNT-mdə var. Bir ildir ki Azərbaycan dilini öyrənirəm. Mən keçən qış 6 həftə Gəncədə bir ailənin qonağı oldum. Yerli müəllimlərdən dərs aldım. Bu müddətdə yerli yeməkləri daddım və evimizdən Göygölün ətrafındakı gözəl dağları seyr etdim. Yeni sözləri öyrənməyi sevirəm, xüsusilə atalar sözlərini. Siz də sevdiyiniz atalar sözlərini mənimlə bölüşün. Mən təbiəti çox sevirəm. 2023-cü ilin sonunadək Azərbaycanın bütün bölgələrinə səfər etmək, heyrətamiz müxtəlifliliyini görmək istəyirəm. Artıq bir neçə bölgəni gəzmişəm. Sizcə növbəti hara getməliyəm?”.


Digər xəbərlər
SON XƏBƏRLƏR