Rusiyanın itkiləri ilə bağlı son məlumat açıqlandı

img

05-09-2022 [10:03]


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 49800 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 2068 tankı, 4459 zirehli döyüş maşını, 1157 artilleriya sistemi, 294 RYAS-i (reaktiv yaylım atəş sistemi), 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 206 helikopteri, 3286 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 867 dronu, 205 qanadlı raket və 107 xüsusi texnikası məhv edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR