Şabranda yanğın törədən şəxs saxlanılıb

img

05-09-2022 [09:55]


Şabranda yanğın törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a bildirilib ki, Şabran Rayon Polis Şöbəsinə müraciət edən DYMH-nin dispetçeri rayon ərazisində 10 hektardan artıq quru otlaq sahənin və kol-kos ərazinin yandırılması barədə məlumat verib.

Hadisə yerinə cəlb edilən polis əməkdaşları yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğunu müəyyən ediblər. Həmin şəxs ifadəsində hadisəni ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən törətdiyini bildirib

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR