Avropa İttifaqı Azərbaycanı sammitə dəvət edəcək

img

04-09-2022 [15:57]


Avropa İttifaqı (Aİ) Azərbaycanı sammitinə dəvət edəcək.

Report-un xəbərinə görə, Avropa İttifaqı Azərbaycanı Çexiyanın paytaxtı Praqada keçiriləcək sammitinə dəvət etməyi planlaşdırır.

Məlumata görə, Aİ-nin sammitinə dəvət olunanlar arasında Norveç, İsveçrə ilə yanaşı, Gürcüstan, Ukrayna, Moldova və Balkan ölkələri də daxil olmaqla, İttifaqa üzvlük üçün müraciət edən daha 8 ölkə də var.

Daha əvvəl Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel Aİ-nin Türkiyəni də sammitə dəvət etməli olduğunu vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR