Rusiyanın itkiləri ilə bağlı son məlumat açıqlandı

img

03-09-2022 [10:52]


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 49050 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 2034 tankı, 4403 zirehli döyüş maşını, 1134 artilleriya sistemi, 293 RYAS-i (reaktiv yaylım atəş sistemi), 153 hava hücumundan müdafiə sistemi, 235 təyyarə, 205 helikopteri, 3268 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 864 dronu, 203 qanadlı raket və 105 xüsusi texnikası məhv edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR