GENERAL HƏBS OLUNDU - Məhkəmə qərar verdi

img

02-09-2022 [17:17]


Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun barəsində həbs qətimkan tədbiri seçilib.

Mia.az xəbər verir ki, bu barədə məhkəmədən məlumat verilib.

Bildirilib ki, məhkəmə B.Orucovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.

Onun nədə ittiham olunduğu ilə bağlı hələlik rəsmi məlumat yoxdur/Report.

Qeyd edək ki, B.Orucov daha əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR