Vüqar Rəhimzadə: "Brüssel görüşündə Ermənistana sülh müqaviləsi ilə bağlı konkret addımların atılması üçün son şans verildi"
02-09-2022 [14:49]
“Bu günün əsas müzakirə mövzusu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə sayca 4-cü görüşünün nəticələridir. Hər bir görüş qarşıya qoyulan hədəfə doğru atılan bir addım kimi dəyərləndirilir. Amma bir məqamı da unutmayaq ki, atılan addımın necə effekt verəcəyi həmin görüşün mahiyyəti və onun təşəbbüsçüsünün hansı məqsəd naminə məsələnin çözülməsində maraqlı olması ilə sıx bağlıdır. Artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin həllində vasitəçiliyi yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun ötən 30 ilə yaxın dövrdə keçirdiyi görüşləri bu silsilədən hesab edə bilmərik. Çünki həmin görüşlər sadəcə təcavüzkar Ermənistana vaxt qazandırmaq məqsədi güdən və imitasiya naminə aparılan danışıqlar idi. Bunu Azərbaycan tərəfi çox yaxşı bilirdi. Lakin ötən 30 ilə yaxın müddətdə kiçik dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçməyə adətkar olub, özləri bu pinsiplərin mahiyyətindən xəbərsiz olan bəzi dünya güclərindən yenə də ikili standartlara əsaslanan siyasətlərinə son qoyub ədalətli yanaşma nümayiş etdirəcəklərini gözlədik.
Təəssüf ki, 30 ildə ədalət və beynəlxalq hüquq deyilən məfhumların mahiyyətinin zamana və məkana görə dəyişdiyini gördük. Yəni, şahidi olduq ki, supergüclər tərəfindən istədikləri məqamda güc və beynəlxalq hüquq öndə saxlanılır, istəmədikləri halda isə seyrçi mövqedə dayanıb hadisələrin gedişi sadəcə öz maraqları baxımından idarə edilir. Halbuki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərdir və onların siyasətində haqqın və ədalətin yanında olmaq prioritet istiqamət təşkil etməlidir. Bu məqamı hər zaman təkrar-təkrar qeyd etməyi özümüzə borc bilirik ki, bu dövlətlər həmin qətnamələrin layihəsinin hazırlanmasında və qəbulunda iştirak ediblər. Həmsədrlər bir qayda olaraq sənəddə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, erməni silahlı birləşmələrinin bu ərazilərimizi qeyd-şərtsiz tərk etmələrinin vacibliyini əks etdirdikləri halda, vasitəçilik missiyasını yerinə yetirən zaman Ermənistanı ərköyün uşaq kimi əzizlədilər. Nəticə 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsi, Azərbaycanın bu savaşda tarixi Zəfər qazanması və ATƏT-in Minsk qrupunun arxivə atılmasıdır. Bəli, Azərbaycan tarixi Zəfəri ilə regionda və bütövlükdə dünyada yeni reallıqlar yaratdı və onların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi, bəzi dünya güclərinin fəaliyyətlərini bu istiqamətdə qurmaları günümüzün reallıqlarıdır.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə onun və Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşə münasibət bildirərkən söyləyib.
Vüqar Rəhimzadə qeyd edib ki, bu görüşün yekunları Azərbaycanın növbəti diplomatik uğurudur: “Belə ki, Brüsseldəki danışıqlarda erməni tərəfinin müqavimət göstərməsinə və real nəticələrin əldə olunmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə etməyi bacardı. Beləliklə, bir ay müddətində Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu. Yeni sənəddə nə Qarabağ mövzusu var, nə də ATƏT-in Minsk qrupunun adı çəkilir. Artıq əminliklə söyləmək olar ki, Minsk qrupu formatı məhv oldu, bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Avropa İttifaqının vasitəçilik formatı var. Qarabağ münaqişəsi artıq tarixə qovuşub, yeni səhifə açılıb. Ermənistan keçmişlə yaşasa da Azərbaycan postmünaqişə dövrünün reallıqları fonunda işğalçı dövlətə gələcəyə baxmağa çağırış edir. Təbii ki, Azərbaycan xalqı ermənilərin illərdir törətdikləri faciələri, vəhşilikləri, soyqırımı aktlarını unutmur. Bunlar tarixidir. Çoxəsrilk tariximizi vərəqlədikcə erməni vəhşilikləri faktlar əsasında bütün dünya ictimaiyyətinə bəlli olur. Eyni zamanda, hazırkı dövrdə işğaldan azad edilmiş ərazilərimizin hər qarışı bu vəhşiliklərin, vandallıqların şahidləridir. Hər daşı, qayası tarix olan Qarabağımız və Şərqi Zəngəzurumuz tariximizin bu səhifəsini real faktlar əsasında bu torpaqlara səfər edən hər kəsə- xarici ölkələrin səfirliklərinə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə, media təmsilçilərinə çatdırır. Amma hazırkı dövrdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması ən vacib amildir.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu ilin aprel ayında keçirilən Brüssel görüşündə Azərbaycanın irəli sürdüyü 5 prinsipi Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edildi. Bu, tərəflərin biri-birinin ərazi bütövlüyünü dəstəkləməsidir. Sülh müqaviləsi Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında qurulacaq.
Vüqar Rəhimzadə bütövlükdə avqustun 31-də keçirilən üçtərəfli görüşün yekununu belə ümumiləşdirir ki, bu, qeyd etdiyimiz kimi, Azərbaycanın diplomatik qələbəsidir: “Artıq bundan sonra konkret addımların atılması mütləqdir. Azərbaycan iki ilə yaxındır ki, qarşı tərəfə təkmil sülh modelini təklif etsə də, hələ də Ermənistan hakimiyyətinin bu istiqamətdə konkret addım atmadığının şahidiyik. Görünür, Ermənistan hələ də ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yenidən bərpa olunacağına ümidlidir. Amma 31 avqust görüşündə bir daha ATƏT-in Minsk qrupu deyilən uğursuz formatın üstündən xətt çəkildi. Bir daha məlum oldu ki, 30 il ərzində münaqişənin həlli istiqamətində bir addım belə atmaq barədə düşünməyən qurum postmünaqişə dövrünün reallıqlarını dərk etmək imkanında deyil. Eyni zamanda, Minsk qrupunun həmsədri olan dövlətlərin Azərbaycandakı səfirləri mədəniyyət paytaxtımız Şuşada keçirilən beynəlxalq əhəmiyyətli konfransa qatılmırlar. Bu hərəkətlərini müxtəlif səbəblərlə əlaqələndirməyə, daha dəqiq desək, sanki belə bir addımın atılmasının zəruriliyi görüntüsü yaratmağa çalışanlardan bundan sonra hansısa bir ədalətli yanaşma gözləməyə dəyərmi? Hələ bu, sadəcə son günlərin reallığıdır. Beynəlxalq konfransın mövzusuna diqqət yetirdikdə həmsədr dövlətlərin belə ədalətsiz yanaşmalarının kökündə nəyin dayandığı bəlli olur. Şübhəsiz, bu kimi faktları xeyli sayda sadalamaq olar. Çünki həmsədr dövlətlər hər dəfə atdıqları ədalətə, beynəlxalq hüquqa zidd, qarşı tərəfə hörmətsizlik kimi belə addımlarını sadəcə bir “təsadüf” adı altında gizlətməyə çalışıblar. Azərbaycan dövləti belə “təsadüflərin” çox şahidi olub. Düşünsələr görüb dərk edərlər ki, özlərinə gizli, amma Azərbaycan tərəfinə, eyni zamanda, beynəlxalq ictimaiyyətə bəlli olan bu kimi addımları onlara göstərilən etimad limitini sıfıra endirdi və artıq bugünədək keçirilən heç bir görüşdə ATƏT-in Minsk qrupu ifadəsi dilə gətirilmir.”
“Azərbaycan dövləti Avropa İttifaqının vasitəçiliyindən məmnundur” söyləyən Vüqar Rəhimzadə bildirib ki, vasitəçi neytrallığı qoruyursa, bu artıq ədalətli yanaşmanın ortaya qoyulacağından xəbər verir: “Bunu qiymətləndirmək üçün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərə, dövlət başçısı İlham Əliyevə edilən telefon zənglərində müzakirə olunan məsələlərə diqqət yetirmək kifayətdir. Məqsəd bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Avropa İttifaqı bu istiqamətdə hər bir dəstəyi göstərməyə hazır olduğunu nümayiş etdirir. Ölkəmizin qurumla əlaqələri yüksək səviyyədədir. İstər Aİ, istərsə də quruma üzv olan dövlətlərlə münasibətlər yüksələn xətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyevin Brüssel görüşünün ardınca İtaliyaya işgüzar səfəri də deyilənlərin təsdiqidir. İstər iqtisadi, istərsə də siyasi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Azərbaycanın ədalətə və beynəlxalq mövqeyə əsaslanan siyasəti Avropa İttifaqı tərəfindən daim yüksək dəyərləndirilir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Avropa İttifaqının qəbul etdiyi sənədlərdə ərazi bütövlüyümüz daim dəstəklənib, Azərbaycanın mövqeyi müdafiə olunub. Ədalət meyarını öndə saxlayan quruma inam kontekstində bu fikri böyük əminliklə qeyd edə bilərik ki, Avropa İttifaqının və Şarl Mişelin səyləri uğurlu vasitəçilik formatıdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanatında bildirib ki, uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır. Hər iki tərəfin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlamağın vacib olduğunu bildirən Avropa İttifaqı Şurasının Prezidenti deyib: “Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir”. Şarl Mişel, həmçinin görüş zamanı fikir mübadiləsinin açıq və məhsuldar keçdiyini önə çəkərək bildirib ki, bu, bizim bu formatda dördüncü görüşümüz idi. Biz Cənubi Qafqazda son hadisələri və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdik. Son görüşdə əldə olunan razılaşmalar istiqamətində bəzi addımların atıldığını görməyi sevindirici hal kimi dəyərləndirən Avropa İttifaqı Şurasının Prezidenti onu da əlavə edib ki, qurum hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək: “Biz noyabrın sonunda yenidən bu formatda görüşməklə bağlı razılığa gəldik.”
YAP Xətai rayon təşkilatının sədri reallıqların Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha təsdiqlədiyini vurğulayaraq bildirib ki, görüşdən öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dövlət başçısı İlham Əliyevə telefon zəngi və avqustun 31-də Brüsseldə keçirilən görüşün gündəliyinə aid məsələləri müzakirə etməsi də bunun bariz nümunəsidir: “Ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var və bəzi dünya gücləri bunu maraqlarının arxasında gizlətməyə çalışsalar da hər dəfə mümkünsüzlüyünün fərqindədirlər.”
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
Prezident Davosda "Euronews" televiziyasına müsahibə verib - FOTOLAR
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqallı video rayon rəhbərinin məzuniyyətdən erkən dönməsinə səbəb oldu (VİDEO)
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə