AFFA futbol klublarına cəzalar kəsdi - SİYAHI

img

01-09-2022 [15:44]


AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının klublarını cəzalandırıb.

Mia.az AFFA-ya istinadla həmin qərarları təqdim edir:
 
26.08.2022-ci il tarixində Misli Premyer Liqasının IV turunun “Neftçi” – “Zirə” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı klub 1600 manat cərimə olunur (maddə 51.1).

26.08.2022-ci il tarixində Misli Premyer Liqasının IV turunun “Neftçi” – “Zirə” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).

27.08.2022-ci il tarixində Misli Premyer Liqasının IV turunun “Qarabağ” – “Şamaxı” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.

27.08.2022-ci il tarixində Misli Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyununda matçın 69-cu dəqiqəsində “Kəpəz” klubunun 11 nömrəli futbolçusu Rauf Əliyev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olduğu üçün 5 oyun cəzalanır klub 4000 manat cərimə olunur (maddə 41.3, 75).

27.08.2022-ci il tarixində Misli Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 8 nömrəli futbolçusu Tural Axundov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur (maddə 47.1).

27.08.2022-ci il tarixində Misli Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyununda stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur (maddə 49.6)

28.08.2022-ci il tarixində Misli Premyer Liqasının IV turunun “Qəbələ” – “Sabah” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

28.08.2022-ci il tarixində Misli Premyer Liqasının IV turunun “Qəbələ” – “Sabah” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR