Rəsmi Moskvadan maraqlı mesajlar: "Azərbaycan və Ermənistanın suverenliyinə hörmət əsasında formalaşdırılacaq dəqiq marşrutlar..."

img

31-08-2022 [13:00]


"Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məqsədilə Bakı və İrəvanla əyani işi davam etdirir”.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bugünkü mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya Baş nazirin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrup çərçivəsində Azərbaycan və Ermənistanın suverenliyinə hörmət əsasında formalaşdırılacaq dəqiq marşrutlar üzrə paket həll variantları razılaşdırılır.

Zaxarova daha sonra deyib ki, Rusiya Bakı və İrəvanla birlikdə diqqətini ali səviyyədə üçtərəfli razılaşmaların bütün bəndlərinin həllinə yönəldib: "Razılaşdırılmış üçtərəfli format çərçivəsində görülən müvafiq işlər predmetli xarakter daşıyır və ardıcıl olaraq inkişaf edir. Avqustun 30-da Moskvada ölkəmizin məşvərətçi yardımı ilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın görüşü keçirilib. O ki qaldı Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin mətninin hazırlanması ilə bağlı Avropa İttifaqının vasitəçiliyi ilə işçi qrupun yaradılması planı haqqında informasiyaya, bu barədə Azərbaycandan və Ermənistandan olan tərəfdaşlarımızdan bizə hansısa məlumat daxil olmayıb”.

XİN rəsmisi daha sonra qeyd edib ki, Azərbaycan və Avrasiya İqtisadi İttifaqı arasında dialoqun inkişafı, şübhəsiz ki, bütün region üçün əhəmiyyətli təsirə malik ola bilər: "Üstəlik, bu dialoq istənilən formatda aparıla bilər. Azərbaycanın Baş nazirinin Hökumətlərarası Şuranın son iclasında iştirakını müsbət qiymətləndiririk. Rəsmi Bakı ilə Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq potensialı, fikrimizcə, çox yüksəkdir, biz bu əməkdaşlıq üçün böyük perspektivlər görürük və hesab edirik ki, bu, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə fayda verəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR