Hakim qarşısına çıxarılan sabiq bələdiyyə sədri ağladı: "Proses uzandıqca şahidlər öyrədilir"

img

30-08-2022 [14:43]


Külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Mia.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş dindirilib. Zərərçəkmiş ifadəsində bacılara 200 min manat verdiyini deyib və ziyanın ödənilməsini tələb edib.

Hakim iclasa yalnız bir zərərçəkmişin gəldiyini dedikdə Aytac Əliyeva ağlayaraq məhkəmənin uzadılmasına etiraz edib.

O, proses uzandıqca şahidlərin öyrədildiyini deyib.

Proses sentyabrın 6-da davam etdiriləcək.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR