Ceyhun Bayramovdan paylaşım: "İtkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil"

img

30-08-2022 [13:53]


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov I Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı Ermənistana beynəxalq təzyiq göstərilməsi üçün çağırış edib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "Twitter"də paylaşım edib: "Bu gün Beynəlxalq İtkinlər Günüdür. Təxminən 30 ildir ki, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil. Biz beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirmək üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinə çağırırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR