Kamran Əliyev Tehranda: "Məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşı İrana qaçıb, onların geri verilməsini gözləyirik"

img

30-08-2022 [12:54]


İranın paytaxtı Tehranda səfərdə olan baş prokuror Kamran Əliyev bu ölkədən olan həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşüb.

Bu barədə ILNA məlumat yayıb.

“Əgər iki ölkə arasında münasibətlər yüksək səviyyədə olarsa, bu, digər münasibətlərə, o cümlədən məhkəmə sisteminə müsbət təsir göstərəcək. Münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, qanun pozuntusu da (hər iki ölkə vətəndaşları tərəfindən - “Report”) olur və biz bu səfər zamanı məhkəmə orqanları ilə də görüşəcəyik və problemlərin həlli yolu hazırlanacaq”, - Azərbaycanın baş prokuroru vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan hökuməti narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır: “Azərbaycandakı bir sıra iranlı məhbusların narkotiklə bağlı cinayətləri var və cəzaları yekunlaşan şəxslərin ekstradisiya müqaviləsi əsasında ekstradisiya oluna bilər və 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır”.

Kamran Əliyev məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşının İrana qaçdığını bildirib: “Biz həmin şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün ölkəmizə qaytarılmasını gözləyirik”.

Daha sonra baş prokuror həmin şəxslərin adlarını qarşı tərəfə təqdim edib/Report.

Baş prokuror Kamran Əliyev İranın Baş prokuroru Məhəmməd Cəfər Montazerinin daha öncə baş tutmuş erməni həmkarı ilə görüşünə də toxunub:  “Ekoloji məsələlərlə bağlı dediniz ki, erməni həmkarınızla görüşmüsünüz, amma Araz bölgəsində onların nə qədər dürüst olduqlarını bilmirəm, çünki onların çaya sənaye tullantıları atdıqları barədə xəbərimiz var”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR