Ukrayna ordusu Xersonda dörd kəndi geri alıb: "Rus hərbçilər qaçıblar" - Zelenski isə yeni mesaj verdi

img

29-08-2022 [23:00]


Ukrayna ordusu Xerson yaxınlığındakı iki və Vısokopolye yaxınlığındakı daha iki kəndi Rusiya hərbçilərindən azad edib.

CNN xəbər verir ki,  Ukrayna qoşununun əməliyyatı gecə saatlarında Rusiya hərbçilərinin mövqelərinin ön və arxa tərəfin kütləvi atəşə tutulması ilə başlayıb: "Hücumun əsas istiqaməti Pravdino üzərində idi. Biz onların "DXR" və "LXR"-dən olan piyadalarını vurduq, qaçdılar. Rusiya qoşunlarının hərbçiləri onların arxasınca qaçdılar".

Qeyd edilir ki, Ukrayna hərbçiləri üç mövqedə Rusiya qoşunlarının müdafiəsini yarıb və dörd yaşayış məntəqəsini azad edib: "Həmin kəndlər Novodmitrovka, Arxangelskoye, Tomina Balka və Pravdinodur"/Report.

Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, Ukrayna ərazilərini geri qaytaracaq: "İstənilən danışıqlar hər iki tərəfin istəyi üçün zəruridir. Bu, Rusiya hakimiyyətinin növbəti açıq yalanıdır, onlar danışıqlara hazır deyillər, bunu istəmirlər. Onların anlayışına görə, danışıqlar ultimatumdur - biz Donbası və Krımı Rusiyanın əraziləri kimi tanımalıyıq. Bu, sadəcə olaraq, yad olan hər şeyi hiss edən qarınqulu timsahdır. Onlarla necə danışsan da, altı aydan sonra yenə başqa ərazimizə gələcəklər. İstəyirəm ki, hamı bizimlə birlikdə bundan xəbərdar olsun.Dərk etmək lazımdır ki, əslində, Rusiya o qədər də güclü və qüdrətli deyil. Böyük dövlətlə bağlı bu əfsanə unudulmalıdır. Biz bunu döyüş meydanında göstəririk".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub